Bir gün mən olmasam sənin yanında
Məni başıqarlı dağlarda axtar.
Yoruldun, tükəndin, bitdin sananda
Dincəl, gül-çiçəkli bağlarda axtar.
Axtar, xoş xatirə köşəsindəyəm.
Axtar, gülüşünün nəşəsindəyəm.
Qəlbinin ən dərin guşəsindəyəm,
Məni öz-özünün içində axtar.
Sənə sevgi adlı cahan vermişəm.
Canımdan ayırıb üç can vermişəm.
Ömrümü tək sənə qurban vermişəm,
Məni qurbanlıqlar sayında axtar.
Qorxmaki yanında olmayacağam,
Səni öz ruhumla yaşadacağam,
Bütün bəlalardan qoruyacağam
Məni ocağının közündə axtar!...


