Reklam verin!


LeylaAkbulutMay 24, 2008 17:34

....

Sənə salam verdim, cavabını almadım

Gözlərində o sevgini, hərarəti tapmadım.

Həqiqətmiş sevənin gözləri kor olurmuş

Necə baxışlarından mən yalanı duymadım?

Sənə könül verdim, səadət verdim

Sənə mən sədaqət,səadət verdim.

Yolunda canımı qurban verərkən

Sən mənə quruca salam vermədin...

Mənsiz də həyatda yaşayacaqsan,

Yeni əhdi-peyman bağlayacaqsan.

Amma gözlərində gözəl yarının

Mənim gözlərimi axtaracaqsan...

1978.


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:64
LeylaAkbulutMay 9, 2008 1:31

Mənim diləyim. 

Heç bilirsən nədir mənim diləyim?

Qalın bir meşədə gəzə biləydim.

Mədən gen düşəydi qəmim-kədərim,

Dərdimdən ayrılıb aza biləydim. 

Bütün həyatımı ortaya qoyub,

Ötüb-keçənləri yoza biləydim.

əlimə bir dəftər, bir qələm alıb,

başıma gələni yaza biləydim. 

Sirrimi böləydim şamla,küknarla

Dinib-danışardım uca çinarla,

“birdən kimsə görər”-deyə, qorxmayıb

Gözümün yaşını tökə biləydim.

 Uzana biləydim otların üstə

əlbəttə yarpaqlar məndən küsməsə,

Lalələr özləri izin verərsə,

Bir ömür çələngi hörə biləydim. 

Başıma tac edib ömür çələngin

Hiss edə biləydim həyat ahəngin

Qolunu buraydım əcəl-nəhəngin

Ölümü özümdən qova biləydim.

 Eh.. heç nə istəmirəm, nə meşə, nə dağ

Nə lalə, nə çinar, nə də ki qovaq.

Elə öz evimdə yanaydı çıraq,

Gündə bircə dəfə gülə biləydim. 

08.02.1998

 


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:77
LeylaAkbulutMay 7, 2008 19:41

Alma əlimdən.

 

Ayrılığın cəfasını çəkmişəm

Tənhalığın acısını dadmışam

Gecə sükutunu çox dinləmişəm

Sevmək ümidini alma əlimdən.

 

Istəmirəm göydən ulduz dərəsən

Fərhad olub qayaları yarasan

Ətəyimə ləl-cəvahir səpəsən

Sənli günlərimi alma əlimdən.

 

Könlümün atəşi hələ sönməyib

Ömrümün çələngi hələ solmayıb

Ürəyim sevgidən hələ doymayıb

Sevmək ümidini alma əlimdən...

 

Fevral 1995


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:73
LeylaAkbulutMay 7, 2008 0:33

Bir daha yanına dönmərəm sənin.

 

Bağrıma daş basıb, mətin olaram

Səni həyatımdan cızıb,pozaram

Özüm qəlb yarama məlhəm olaram

Bir daha yanına dönmərəm sənin...

 

Səndən çəkdiklərim kitaba sığmaz

Vurduğun zərbələr heç vaxt sağalmaz

Qorxma, mənə sənsiz heç bir şey olmaz

Bir daha yanına dönmərəm sənin...

 

Yəni səndən çoxmu şeylər istədim?

Şirin söz, bir də ki, diqqət istədim.

Sevgimi səninlə bölmək istədim

Bir daha yanına dönmərəm sənin.

 

02.06.2000

 


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:69
LeylaAkbulutMay 6, 2008 14:56

Bir peşə seçdim.

Quşların məskəni bağdır, meşədir.

Bülbül gül görməsə oxuya bilməz.

Hörümçək tor hörür, bu da peşədir.

Hədəfi olmasa toxuya bilməz.

Həyatda hər bir şey nəyəsə bağlı,

Hər kəsin nəyəsə bir meyli vardır.

Aşiqin ürəyi olsa da dağlı,

Yenə düşüncəsi sevgili, yardır.

Sevməyi bir sənət seçdim özümə

Səni gözləməyi bir qayda etdim

“Ürəyin aynası”-iki gözümə

Hər gün ağlamağı bir peşə seçdim.

28.10.2000


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:70
LeylaAkbulutMay 6, 2008 14:55

Bu gecə...

işıq sönüb, qaranlıqdır otağım.

Xəyalımla baş-başayam bu gecə.

Sən yoxsan nə vaxtdır, boşdur yatağım,

Hicranımla baş-başayam bu gecə.

Mən gecəni nədənsə heç sevmirəm,

Hücum çəkir xatirələr üstümə

Bəlkə sənsiz qalmağımdan qorxuram?

Sənsizliklə baş-başayam bu gecə.

Sənin təkcə adın mənim bəsimdir.

Varlığın mənim canım, nəfəsimdir.

Qulağına çatan mənim səsimdir,

Fəryadımla baş-başayam bu gecə.

26.11.1999


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:67
  Yazılar cəmi: 6   
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog