Mənim diləyim.
Heç bilirsən nədir mənim diləyim?
Qalın bir meşədə gəzə biləydim.
Mədən gen düşəydi qəmim-kədərim,
Dərdimdən ayrılıb aza biləydim.
Bütün həyatımı ortaya qoyub,
Ötüb-keçənləri yoza biləydim.
əlimə bir dəftər, bir qələm alıb,
başıma gələni yaza biləydim.
Sirrimi böləydim şamla,küknarla
Dinib-danışardım uca çinarla,
“birdən kimsə görər”-deyə, qorxmayıb
Gözümün yaşını tökə biləydim.
Uzana biləydim otların üstə
əlbəttə yarpaqlar məndən küsməsə,
Lalələr özləri izin verərsə,
Bir ömür çələngi hörə biləydim.
Başıma tac edib ömür çələngin
Hiss edə biləydim həyat ahəngin
Qolunu buraydım əcəl-nəhəngin
Ölümü özümdən qova biləydim.
Eh.. heç nə istəmirəm, nə meşə, nə dağ
Nə lalə, nə çinar, nə də ki qovaq.
Elə öz evimdə yanaydı çıraq,
Gündə bircə dəfə gülə biləydim.
08.02.1998


H_A_L_A_L_D_I
i_m_z_a V_A_L_E_H
SEVGILIMSEN.azeriblog.com
May 15, 2008 21:06