Bir peşə seçdim.
Quşların məskəni bağdır, meşədir.
Bülbül gül görməsə oxuya bilməz.
Hörümçək tor hörür, bu da peşədir.
Hədəfi olmasa toxuya bilməz.
Həyatda hər bir şey nəyəsə bağlı,
Hər kəsin nəyəsə bir meyli vardır.
Aşiqin ürəyi olsa da dağlı,
Yenə düşüncəsi sevgili, yardır.
Sevməyi bir sənət seçdim özümə
Səni gözləməyi bir qayda etdim
“Ürəyin aynası”-iki gözümə
Hər gün ağlamağı bir peşə seçdim.
28.10.2000


