Illəri qovuruq illər dalınca
Qovuruq qışı da bahar gəlincə
Qapını həyəcan bir gün çalınca
Ağaran saç olur daraq neyləsin?
Bitir göy çəməndə gözəl lalələr
Onlara qarışır yaşıl nanələr
Bilir öz işini alaq edənlər
Biçilən ot olur oraq neyləsin?
Qəm yemə ürəyim hər şeydən ötrü
Bəsdir sən elədin qoyu-götürü
Çəkə bilmirsənsə bir qəm yükünü
Dayanan qəlb olur, damar neyləsin?
20.02.2000


