Reklam verin!


LeylaAkbulutMay 24, 2008 17:34

....

Sənə salam verdim, cavabını almadım

Gözlərində o sevgini, hərarəti tapmadım.

Həqiqətmiş sevənin gözləri kor olurmuş

Necə baxışlarından mən yalanı duymadım?

Sənə könül verdim, səadət verdim

Sənə mən sədaqət,səadət verdim.

Yolunda canımı qurban verərkən

Sən mənə quruca salam vermədin...

Mənsiz də həyatda yaşayacaqsan,

Yeni əhdi-peyman bağlayacaqsan.

Amma gözlərində gözəl yarının

Mənim gözlərimi axtaracaqsan...

1978.


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:51
LeylaAkbulutMay 9, 2008 1:31

Mənim diləyim. 

Heç bilirsən nədir mənim diləyim?

Qalın bir meşədə gəzə biləydim.

Mədən gen düşəydi qəmim-kədərim,

Dərdimdən ayrılıb aza biləydim. 

Bütün həyatımı ortaya qoyub,

Ötüb-keçənləri yoza biləydim.

əlimə bir dəftər, bir qələm alıb,

başıma gələni yaza biləydim. 

Sirrimi böləydim şamla,küknarla

Dinib-danışardım uca çinarla,

“birdən kimsə görər”-deyə, qorxmayıb

Gözümün yaşını tökə biləydim.

 Uzana biləydim otların üstə

əlbəttə yarpaqlar məndən küsməsə,

Lalələr özləri izin verərsə,

Bir ömür çələngi hörə biləydim. 

Başıma tac edib ömür çələngin

Hiss edə biləydim həyat ahəngin

Qolunu buraydım əcəl-nəhəngin

Ölümü özümdən qova biləydim.

 Eh.. heç nə istəmirəm, nə meşə, nə dağ

Nə lalə, nə çinar, nə də ki qovaq.

Elə öz evimdə yanaydı çıraq,

Gündə bircə dəfə gülə biləydim. 

08.02.1998

 


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:63
LeylaAkbulutMay 7, 2008 19:41

Alma əlimdən.

 

Ayrılığın cəfasını çəkmişəm

Tənhalığın acısını dadmışam

Gecə sükutunu çox dinləmişəm

Sevmək ümidini alma əlimdən.

 

Istəmirəm göydən ulduz dərəsən

Fərhad olub qayaları yarasan

Ətəyimə ləl-cəvahir səpəsən

Sənli günlərimi alma əlimdən.

 

Könlümün atəşi hələ sönməyib

Ömrümün çələngi hələ solmayıb

Ürəyim sevgidən hələ doymayıb

Sevmək ümidini alma əlimdən...

 

Fevral 1995


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:61
LeylaAkbulutMay 7, 2008 0:33

Bir daha yanına dönmərəm sənin.

 

Bağrıma daş basıb, mətin olaram

Səni həyatımdan cızıb,pozaram

Özüm qəlb yarama məlhəm olaram

Bir daha yanına dönmərəm sənin...

 

Səndən çəkdiklərim kitaba sığmaz

Vurduğun zərbələr heç vaxt sağalmaz

Qorxma, mənə sənsiz heç bir şey olmaz

Bir daha yanına dönmərəm sənin...

 

Yəni səndən çoxmu şeylər istədim?

Şirin söz, bir də ki, diqqət istədim.

Sevgimi səninlə bölmək istədim

Bir daha yanına dönmərəm sənin.

 

02.06.2000

 


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:57
LeylaAkbulutMay 6, 2008 14:56

Bir peşə seçdim.

Quşların məskəni bağdır, meşədir.

Bülbül gül görməsə oxuya bilməz.

Hörümçək tor hörür, bu da peşədir.

Hədəfi olmasa toxuya bilməz.

Həyatda hər bir şey nəyəsə bağlı,

Hər kəsin nəyəsə bir meyli vardır.

Aşiqin ürəyi olsa da dağlı,

Yenə düşüncəsi sevgili, yardır.

Sevməyi bir sənət seçdim özümə

Səni gözləməyi bir qayda etdim

“Ürəyin aynası”-iki gözümə

Hər gün ağlamağı bir peşə seçdim.

28.10.2000


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:57
LeylaAkbulutMay 6, 2008 14:55

Bu gecə...

işıq sönüb, qaranlıqdır otağım.

Xəyalımla baş-başayam bu gecə.

Sən yoxsan nə vaxtdır, boşdur yatağım,

Hicranımla baş-başayam bu gecə.

Mən gecəni nədənsə heç sevmirəm,

Hücum çəkir xatirələr üstümə

Bəlkə sənsiz qalmağımdan qorxuram?

Sənsizliklə baş-başayam bu gecə.

Sənin təkcə adın mənim bəsimdir.

Varlığın mənim canım, nəfəsimdir.

Qulağına çatan mənim səsimdir,

Fəryadımla baş-başayam bu gecə.

26.11.1999


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:56
LeylaAkbulutAprel 14, 2008 12:50

SANMA Kİ, AYRILIQ ÜZƏCƏK MƏNİ

MƏNİM DƏ QÜRURUM, MƏNLİYİM VARDIR.

DÜŞÜB ADDIM-ADDIM AXTARMAQ SƏNİ

BİLİRƏM ƏBƏSDİR, BOŞDUR, NAHAQDIR.

SƏNİ ÖZ GÖZÜMDƏ MƏN UCALDARAM

QİBLƏYƏ EDƏN TƏK SƏCDƏ ETMİŞƏM

HƏR SÖZÜNÜ UDUB YASALAYARAQ

SƏNİ ÖZ-ÖZÜMƏ QƏNİM ETMİŞƏM

ELƏ BİL YATMIŞDIM İNDİ OYANDIM.

GÖR BİR KİMİN ÜÇÜN ALIŞDIM, YANDIM.

NECƏ UCALTMIŞDIM, ELƏ DƏ SALDIM,

BİL Kİ, SON SÖZÜMDÜR, BU BİR QƏRARDIR...

        13.12.1999


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:69
LeylaAkbulutAprel 7, 2008 18:47

SAKİTCƏ AYRILDIQ...

SAKİTCƏ AYRILDIQ BİR SÖZ DEMƏDƏN,

SƏBƏBİ NƏ OLDU? BİLƏ BİLMİRƏM.

NƏ İMİŞ BƏHANƏN? HEÇ ANLAMADAN,

QƏLBİNDƏN NƏ KEÇDİ? DUYA BİLMİRƏM.

SƏNİNLƏ NEÇƏ QIŞ, YAZ QARŞILADIQ.

SEVİNCİ, KƏDƏRİ BİRGƏ BÖLÜŞDÜK,

NEÇƏ KƏRƏ KÜSÜB YENƏ BARIŞDIQ,

MƏN SƏNDƏN KÜSÜLÜ QALA BİLMİRƏM.

MƏNİ DİNLƏMİRSƏN, ÖZÜN DİNMİRSƏN,

ELƏ BİL, SƏN DAHA O SƏN DEYİLSƏN.

YANIMA GƏLMƏDƏN, MƏNİ GÖRMƏDƏN

NƏDƏN QƏRARINI MƏNSİZ VERİRSƏN?

BİR ÖLÜMƏ MƏHKUM MƏHBUSA BELƏ

“SON SÖZÜ” DEMƏYƏ İMKAN VERİRLƏR.

GÜNAHIM YANINDA BÖYÜKMÜŞ BELƏ?

MƏN ÖZ “SON SÖZÜMÜ” DEYƏ BİLMİRƏM.

ALLAHDAN HEŞ QORXUN YOXDUMU SƏNİN?

BU BOYDA SEVGİDƏN KEÇMƏK OLARMİ?

MƏNSİZ YAŞAMAĞA ÇATAR QÜVVƏTİN?

MƏN SƏNİN CANINAM! GUYA BİLMİRƏM?

                             10.12.1999


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:71
LeylaAkbulutAprel 6, 2008 18:01

Yaşadım, ömrümü mən yarı vurdum,

Hələ də gəzirəm, axtarışdayam.

Yaxşıya rastladım, yaman da gördüm,

Bilmirəm nədəndir? Hey təlaşdayam.

 

Gözlərim nələrin şahidi oldu?

Nələr eşidmədi yazıq qulağım

Dilim bu başımın bəlası oldu

Gözümü açandan qeylü-qaldayam.

 

Səni tanıyıram dəli ürəyim.

Sən rahat çırpınıb, vuran deyilsən

Sən ki, elə şeylər arzulayırsan,

Ömürlük səninlə qalmaqaldayam!

 

                                29.03.1979


Bookmark and Share
BölməsizŞərhlər(1)     Baxış sayı:70
LeylaAkbulutAprel 6, 2008 17:53

GECƏDİR, SƏMADA ULDUZLAR YANIR.

HƏR BİRİ BİR ÖMÜR , BİR TALE DEMƏK.

ÇOXU ULDUZLARIN HÖKMÜNÜ DANIR,

ONLAR BİR KİTABDIR, OXUMAQ GƏRƏK...

 

NECƏ YAZILDISA ELƏ YAŞADIM,

HEÇ NƏ DƏYİŞMƏDİM, HEÇ NƏ POZMADIM

YAMANI YAXŞI TƏK GÖRDÜM, BACARDIM

TALE QİSMƏTİMİ PİSƏ YOZMADIM...

 

HƏLƏ Kİ, ULDUZUM YANIR MƏNİM DƏ

ƏLBƏT Kİ, BİR ZAMAN O DA SÖNƏCƏK.

BİRİ SÖNƏCƏKSƏ, ÜÇÜ YANACAQ,

YAXŞIKİ, ƏVƏZİ VARDIR ONUN DA...


Bookmark and Share
BölməsizŞərhlər(0)     Baxış sayı:66
  Yazılar cəmi: 13    Sonrakı səhifə »
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog